Kolleclərə ixtisas seçimi başa çatıb
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, kolleclərə qəbul olmaq üçün bu il 33 088 abituriyent sənəd qəbulunda iştirak edib.
Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21 099 (Azərbaycan bölməsi - 20 667, rus bölməsi - 432) nəfərdir.
Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19 236, ixtisas seçimi edənlərin sayı isə 10 958 nəfər olub.
Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.