İtaliyanı bu vəziyyətə gətirən əsas səbəblərdən biri – Öpüşmək...




"İtaliyanı bu vəziyyətinə sanitariya normalarının tam unudulması və laqeydlik səbəb oldu”.



Qaynarinfo xəbər verir ki, bu sözləri televiziya aparıcısı və doktor Yelena Malışeva Çindən sonra İtaliyanın koronavirus infeksiyası COVID-19-un əsas mərkəzlərindən birinə çevrilməsini izah edərkən deyib. "AiF”ə verdiyi müsahibədə o, bu Avropa ölkəsinin sanitar normalara laqeyd yanaşmasıyla xeyli "məşhur" olduğunu deyib.

O qeyd edib ki, ÇXR ilə böyük bir sərhədi olan Rusiyada, hətta Çin əyalətlərinə qonşu olan bölgələrdə də infeksiya baş vermədi: "Bunun səbəbi o oldu ki, rəsmi orqanlar Çinlə nəqliyyat əlaqələrini dərhal bağladılar və digər məhdudlaşdırıcı tədbirlər görməyə başladılar. Beləliklə, karantinin ən doğru yol olması öz təsdiqini tapdı. İtalyan səlahiyyətliləri çox gec ayıldılar və uzun müddət dünyanın hər yerindən, o cümlədən Çindən gələn turistləri qəbul etməyə davam etdilər”, - Malışeva vurğulayıb.

Malışeva, eyni zamanda, İtaliyada əhalinin yaşlı sakinlərin çoxluq təşkil etdiyini, əhalinin üçdə birinə qədər olduğunu bildirib. Məhz bu kateqoriyadan olan vətəndaşlar koronavirus infeksiyasının ağırlaşması baxımından daha çox risk altındadır - hətta sətəlcəm də ölümə səbəb ola bilər.

Hədsiz laqeydliklə yanaşı, italyan mədəniyyətinin bəzi xüsusiyyətləri də mənfi rol oynayıb.

"Onlarda tanış olan vəolmayan hərkəslə öpüşmək və qucaqlaşmaq ənənəsi var", - aparıcı deyib.

Onun fikrincə, virus Rusiyaya da Çindən gələnlər yox, məhz İtaliyadan tətildən qayıdan turistlər olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu