Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb - FOTOLAR
15 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Masallı rayonunda "GəncLİK" ( Gənc Liderlərin İnkişafı Konsepsiyası) Proqramının iştirakçıları ilə görüşüb.
Çay süfrəsi ətrafında keçirilən görüşdə Ülvi Mehdiyev Dövlət Agentliyinin daima gənclərin inkişafına dəstəyini qeyd edib, ASAN könüllülərinin bu sahədə keçirdiyi layihələr və proqramlar haqqında danışıb. Dövlət Agentliyinin sədri, həmçinin öz peşəkar fəaliyyəti haqqında iştirakçılara məlumat verib, gənc liderləri maraqlandıran müraciətləri, ideya və təklifləri dinləyib.
Səfər çərçivəsində liderlər Masallı “ASAN Həyat” kompleksi ilə tanış olub, Dövlət Agentliyinin əməkdaşları tərəfindən "ASAN xidmət" və ASAN könüllülərinin fəaliyyəti ilə bağlı təqdimatda da iştirak ediblər.