“Bravo”da jurnalistin bütün əşyaları oğurlandı - FOTO




Əməkdar jurnalist Tahir Aydınoğlunun bütün şəxsi əşyaları “Bravo” mağazasının saxlanma şkafından oğurlanıb.



Bu barədə jurnalist sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, ötən gün axşam 17:45 radələrində Bülbül prospektində yerləşən “Bravo ekspress” marketində olub: “Bütün sənədlərim, bir neçə açarım, üç müxtəlif markalı mobil telefonum, bank kartlarım olan əl çantamı bir anın içində mağazanın şkafından oğurladılar.

“102” xidməti vasitəsi ilə polisə məlumat verdim. Ərizə yazdım. Oğrunun təsviri mağazanın kamerası vasitəsilə aşkar edilib. İnanıram ki, polis orqanları ən qısa müddətdə oğrunu aşkar edib, həyat üçün zəruri olan əşyalarımı geri qaytaracaqlar”. (Unikal.org)



********************************************************************************

Hostinq almaq istəyirsiniz? O zaman Hostimul Şirkətinin bir-birindən fərqli təkliflərindən yararlanmağı sizə tövsiyə edirik . Qeyd edək ki, Hostimul şirkəti Avropa və Amerikada yerləşən yüksək keyfiyyətli serverləre malikdir. Hostinq paketlərinin əsas özəllikləri aşağıdakılardır :
Daha ətraflı məlumat üçün: https://hostimul.com/hostinq-almaq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu