ATƏT sədrindən Qarabağda müharibə anonsu: "Təhlükə hələ də var"




"ATƏT Dağlıq Qarabağda sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırdır".



AFN "Report”a istinadən xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında bu təşkilatın hazırkı sədri, Slovakiyanın xarici işlər və Avropa naziri Miroslav Layçak bildirib.

O deyib ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi təhlükəsi gerçək olaraq qalır.

M.Layçak Moldovanın Transnistru bölgəsində son illər əldə edilən irəliləyişin pozulması ehtimalının olduğunu da diqqətə çatdırıb.

"Böhran və münaqişələrin həlli üçün əlimdə hansısa sehrli çubuq yoxdur. Münaqişələri həll etmək üçün dialoq yaradılması üçün ATƏT-in yeni kanallar açmaq səylərinin hədsiz dəyərə malik olduğunu düşünürəm. Biz sülhə nail olmaq üçün konkret addımları dəstəkləməyə hazırıq”, - ATƏT sədri vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu