ATƏT sədri Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşüb.
ONA-nın məlumatına görə, bu barədə ATƏT-in səfərin yekunu ilə bağlı bəyanatında qeyd olunub. Bildirilir ki, Miroslav Layçakın Bakıda keçirdiyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılmasında ATƏT-in dəstəyinin davam etdirilməsi vurğulanıb.
ATƏT sədrinin Azərbaycan səfəri başa çatıb.