DANX bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıq verib




Oktyabr ayının 25-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən bütün daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tapşırıq verilib. Avtobuslar qış rejiminə hazırlıq üçün qarajlarda xüsusi nəzarətdən keçəcək.



Qurumdan AFN-ə verilən məlumata görə, prosesə ümumi nəzarət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin müvafiq əməkdaşlarının və daşıyıcı şirkət nümayəndələrinin monitorinq qrupunun iştirakı ilə təmin ediləcək.

Gecə reyslərinin bərpası ilə bağlı bu il qış rejiminə keçidə ötən illə müqayisədə daha erkən start verilib.

Ümumilikdə nəqliyyat vasitələrinin qış mövsümünə hazırlığı qənaətbəxş hesab edilsə də, çatışmazlıqlar var. Monitorinqlər noyabr ayının ortalarına qədər davam edəcək. İlkin monitorinqlər zamanı bir neçə nəqliyyat vasitəsində problemlər aşkar olunub. Bu çatışmazlıqların noyabr ayına qədər aradan qaldırılması üçün hazırda bu istiqamətdə xüsusi tədbirlər həyata keçirilir.

Soyuq aylarda sərnişindaşıma sahəsində ciddi fəsadların baş verməməsi üçün sürücülər də təlimatlandırılıb. Təlimatların aparılmasında əsas məqsəd sürücülərə çətin şəraitdə və soyuq havalarda yollar buz bağlayarkən daha diqqətli olmalarını aşılamaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu