Mübariz Qurbanlı Tural Gəncəliyev ilə görüşüb
Oktyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev ilə görüşüb.
Görüş zamanı Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsində təcrübəsini yaymaq və təbliğ etmək, eləcə də bu dəyərlərin beynəlxalq aləmdə təşviqində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, o cümlədən dini konfessiyalarla birgə layihələrin həyata keçirməsinin vacibliyi və perspektivləri müzakirə olunub. Eyni zamanda Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılmasında bərabər əməkdaşlığın önəmi vurğulanıb.
Qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə bu istiqamətlərdə tədbirlərin keçirilməsi, xarici dillərdə kitab və bröşürlərin nəşr olunması, video-rolik və sənədli filmlərin hazırlanması, habelə video müraciətlərin edilməsinin əhəmiyyətinə toxunulub.