Beynəlxalq Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb - FOTOLAR




Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyinə həsr olunmuş poçt markasını tədavülə buraxıb.



Buraxılış 1 markadan ibarət poçt bloku formasında hazırlanıb. Blokun ölçüsü 85x102 mm, markanın ölçüsü 37x52 millimetrdir. Blokda buludların fonunda təyyarə qanadı təsvir olunub, aşağı sol küncdə isə “ICAO 2019 – 75 years connecting the world / 75 ildir dünyanı birləşdirir” mətni yerləşdirilib. Markanın üzərində “ICAO”-nun loqotipinin elementlərinin davamı olaraq xüsusi basmanaxış çap üsulu ilə “75” rəqəmi təsvir edilib.

“Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt bloku 8 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.

Həmçinin xüsusi xatirə möhürü və 700 ədəd Birinci gün zərfləri də hazırlanıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu