Müdafiə Nazirliyi: “Eternity-2019” təlimi davam edir




Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimləri davam edir.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin ssenarisinə uyğun olaraq, Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, həmçinin qərargahlarda müvafiq qərarların qəbul edilməsi üzrə fəaliyyətlər kompüterlərdə icra olunur.

Hər bir müdaxiləyə görə müttəfiq ölkələrin taborlarının qərargahlarının fəaliyyəti qiymətləndirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu