Xanım rəis nöqsanlara görə işdən çıxarıldı
Tovuz rayon Təhsil Şöbəsinin rəisi Validə Hüseynova tutduğu vəzifədən azad edilib.
AFN xəbər verir ki, V.Hüseynova işində yol verdiyi kobud nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, 54 yaşlı şöbə rəisi 2012-ci ildən bu vəzidə çalışıb. Hələlik Tovuz rayon Təhsil Şöbəsinin rəisi vəzifəsinə təyinat olmayıb.