Rəis müavini nöqsanlara görə işdən çıxarıldı
![](/uploads/posts/2021-11/1637050224_polis-afn-2.jpg)
Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi işdən çıxarılıb.
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Nəcəf Zeynalov işdən azad olunaraq sərəncama göndərilib.
Onun işdə, eyni zamanda xidmətdənkənar yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunduğu bildirilir.