Nazir polkovnik-leytenanta vəzifə verdi


Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.



Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis polkovnik-leytenantı Tural Nəzərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini təyin edilib. O, bu təyinata qədər Daxili İşlər Nazirliyində çalışıb.

Qeyd edək ki, keçən ay Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Sadiq Heydərov vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Şöbəsinə rəis təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu