Fuad Abbasov bu gecə Bakıya gəlir




Bu gün Rusiyada yaşayan jurnalist Fuad Abbasov Bakıya deportasiya ediləcək. Fuad Abbasovun ailəsinin qadinkimi.com saytına verdiyi məlumata görə jurnalist Moskvanın Domodedova Hava Limanından Rusiya vaxtı ilə 23:45-də yola salınacaq və Bakı vaxtı ilə 03:35-də artıq Heydər Əliyev adına hava limanında olacaq.



Qeyd edək ki, Fuad Abbasov may ayında Moskva vilayətinin Ximski şəhərində saxlanılıb. Ximski Şəhər məhkəməsi onun Rusiyada yaşamaq icazəsinin ləğv olunmasına baxmayaraq ölkəni tərk etmədiyini əsas gətirib deportasiya olunması haqqında qərar çıxarıb. Fuad Abbasovun apellyasiya şikayəti əsasında dünən təkrar məhkəmə iclası keçirilib. Moskva Vilayət Məhkəməsi Ximski şəhər məhkəməsinin qərarını qüvvədə saxlayıb. Jurnalist bu gün Bakıya göndəriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu