Fuad Abbasovun ailəsi açıqlama yayıb
Rusiyada saxlanılan və Azərbaycana deportasiya ediləcəyi gözlənilən tanınmış jurnalist Fuad Abbasovun ailəsi onun "Facebook" səhifəsində açıqlama yayıb.
“Ailəmiz hal-hazırda mənəvi təzyiqlərlə qarşılaşır və biz bu problemi həll etmək yollarını axtarırıq. Mövqeyimizi möhkəmləndirmək və ədalətli qərar qəbul etmək üçün bir vəkil tutmaq qərarına gəldik.
Bu işi araşdırdıqdan sonra yeni vəkil Rusiya Federasiyasından jurnalist Fuad Abbasovun ölkədən çıxarılması ilə bağlı məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verməyi qərara aldı. Biz bu qərarla razı deyilik. Fuad Abbasovun maraqları hüquq elmləri namizədi, Beynəlxalq Hüquqşünaslar Birliyinin üzvü, vəkil Şərifov Teyyub Eldaroviç tərəfindən qorunacaq. Şikayət bu gün təqdim olundu”.