Azərbaycan Dövlət Dəniz Akademiyası qəbul yerlərinin sayını artırır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) geridə qoyduğumuz tədris ilini uğurla başa vurur. Cari tədris ilində ADDA-ya qəbul olmaq istəyənlərin sayında rekord qeydə alınıb. Həmçinin, bu il “Dəniz naviqasiyası” ixtisası üzrə ingilis dilində tədrisə başlanıb.
Ümumiyyətlə, statistika onu göstərir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının hazırladığı ixtisaslı kadrlara təlabat çoxalıb. Bunu nəzərə alaraq Akademiya 2019-2020-ci tədris ilində qəbul yerlərini 100 yer artırır.
Bundan başqa, növbəti ildən Akademiya daha iki ixtisas – “Gəmi energetik qurğuları və onların istismarı” və “Elektrik mühəndisliyi” ixtisasları üzrə də ingilis-dilində tədrisə start verir.
Dəniz Akademiyası ölkədə yeganə ali təhsil müəssisəsidir ki, diplomunu 170-dən çox dövlət tanıyır. Bütün tələbələrə pulsuz forma verilir. Həftənin 5 tədris günü tələbələr ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar. Bundan başqa, yüksək standartlara cavab verən yataqxana da gənclərin ixtiyarındadır. Həmçinin, Akademiyanın əlaçı tələbələri dövlətin ayırdığı təqaüddən əlavə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xüsusi təqaüdünə də layiq görülürlər. Digər tərəfdən, təhsilini müvəffəqiyyətlə başa vuran məzunlara ASCO-da işləmək məqsədilə “Zəmanət Məktubu” da verilir.
Odur ki, dənizləri bizimlə fəth edin!!!
Azərbaycan Dövlət Dəniz Akademiyası yolunuzu gözləyir.
Ünvan: Zərifə Əliyeva küç 18, tel: (012) 493 36 44