Azərbaycan Mətbuat Şurası Ümumdünya Mətbuat Azadlığı Gününü qeyd edəcək
Sabah – 3 may 2019-cu il tarixdə Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçiriləcək. Tədbir saat 10.00-da Beynəlxalq Mətbuat Mərkəzində işinə başlayacaq.
Toplantıda Azərbaycanda və dünyada söz və ifadə azadlığı sahəsindəki vəziyyət, bu müstəvidə nəzərəçarpan meyllər müzakirə olunacaq, 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsini zəruriləşdirən məqamlar barədə söhbət açılacaq. Konfransda kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri iştirak edəcəklər.