“Qarabağ”ın albaniyalı futbolçusu turun ən yaxşısı seçilib




Topaz Premyer Liqasında XVIII turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Turun oyunçusu adına “Qarabağ”ın albaniyalı legioneri Ansi Aqolli layiq görülüb.
“İnStat”ın təhlilinə əsasən 36 yaşlı müdafiəçi ən yüksək reytinqə malik olub. A.Aqolli “Sabah”a qarşı görüşdə start heyətdə yer alıb və qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı 1:1 hesabı ilə başa çatıb.(ONA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu