Azərbaycan Premyer Liqasında turun ikinci oyununda da qol vurulmayıb


Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyununda qol vurulmayıb.


Günün ilk matçı Bakıda baş tutub.

"ASCO Arena"da "Səbail" "Zirə"ni qəbul edib. Qarşılaşma qolsuz başa çatıb. Meydan sahibləri 27 xalla 3-4-cü yerləri bölüşdürür. Qonaqlar isə 30 xalla ikincidir.

Günün digər görüşündə "Kəpəz" "Turan Tovuz"la görüşəcək.

Qeyd edək ki, ötən gün "Sabah" - "Neftçi" matçında qolsuz heç-heçə qeydə alınıb. Turun "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" oyunları yanvarın 23-də keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu