Premyer Liqa: "Qarabağ" "Kəpəz"i məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Kəpəz"lə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:1. 72-ci dəqiqədə Olavale Onanuqa Gəncə təmsilçisini hesabda önə keçirib. 79-cu dəqiqədə Olavio Juninyo "köhlən atlar"ın bərabərlik qoluna imza atıb. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltini dəqiq yerinə yetirib.
Birinci pillədəki "Qarabağ" xallarının sayını 47-yə çatdırıb. 17 xala malik "Kəpəz" 9-cu sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" "Sabah"ı qəbul edəcək. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.