Premyer Liqa: "Səbail" "Kəpəz", "Qəbələ" "Turan Tovuz"u qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Səbail" "Kəpəz"i qəbul edəcək.
“ASCO Arena”dakı qarşılaşma saat 14:00-da start götürəcək. "Dənizçilər" 21 xalla 4-cü, "Kəpəz" 9 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyni adlı komandası "Turan Tovuz"un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 8 xalla sonuncu - 10-cu, qonaqlar 15 xalla 8-ci sırada yer alıblar.
Azərbaycan Premyer Liqası
XIV tur
25 noyabr (şənbə)
14:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”
16:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Sabah"ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" və "Sumqayıt" - "Zirə" görüşləri ilə yekun vurulacaq.