“DOST” Mərkəzlərində proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı da fəaliyyət göstərəcək




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “DOST” Mərkəzlərində əhaliyə proaktiv xidmətlər üzrə “DOST Məsləhəti” proqramı da fəaliyyət göstərəcək.



Bu proqram əsasında vətəndaşlara yalnız müraciətləri əsasında deyil, müraciət etmədikləri halda belə, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələri üzrə yaranan və ya yaxın müddətdə yaranacaq hüquqlarından faydalanmaq imkanı veriləcək. Belə ki, vətəndaşın müraciəti olmadan elektron informasiya sistemindəki mövcud məlumatlar əsasında onun sosial vəziyyəti tam araşdırılıb qiymətləndirəcək, hansı sosial xidmətdən yararlana biləcəyi barədə həmin şəxsə məsləhətlər, təkliflər veriləcək.

Hazırda elektron qaydada pensiya təyinatı bu sahədə proaktiv xidmətin bir nümunəsidir və avtomatlaşdırılmış pensiya təyinatına oxşar sistemin bütün sosial xidmətlər üçün tətbiqi əsas hədəflərdəndir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu