Qarabağda 2 DOST mərkəzinin açılışı planlaşdırılır – Agentlik sədri
“Qarabağ dost proqramı” çərçivəsində Cəbrayıl və ya Füzilidə DOST mərkəzinin açılması planlaşdırılır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.
Onun sözlərinə görə, eyni zamanda Şuşada da DOST mərkəzinin filialı açılacaq: “Ümumilikdə Qarabağda 2 DOST mərkəzinin açılışı planlaşdırılır”.
F.Məmmədov Abşeron rayonu üzrə də DOST Mərkəzinin açılacağını söyləyib. Onun sözlərinə görə, həmin mərkəz Xırdalanda fəaliyyət göstərəcək. //Trend