Bakı və Abşeronda yeni Dost Mərkəzləri açılacaq
AFN xəbər verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “Sosial saat”da çıxışı zamanı deyib.
O xatırladıb ki, hazırda Bakıda 3 Dost Mərkəzi fəaliyyət göstərir: “1 saylı Dost Mərkəzi Yasamal, Səbail və Qaradağ rayonlarını əhatə edir. Həmin mərkəz vasitəsilə əlavə olaraq Şuşa və Zəngilan rayonlarında qeydiyyatda olanlara da xidmət göstərilir. 2 saylı Dost Mərkəzi Xəzər və Pirallahı rayonlarının, 3 saylı Dost Mərkəzi isə Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinlərinin ixtiyarındadır. Ümumilikdə isə hazırda mövcud Dost Mərkəzləri 8 rayonu əhatə edir. Bu mərkəzlər vasitəsilə 1 milyondan çox vətəndaşa xidmət göstərilir”.
Sədr qeyd edib ki, yaxın həftələrdə paytaxtda 4 saylı Bakı Dost Mərkəzinin açılışı olacaq: “Binəqədi və Nərimanov rayonlarının 500 minə yaxın sakini yeni mərkəzin xidmətindən yararlana biləcəklər. 220 minə yaxın vətəndaş sosial müdafiə sisteminə cəlb olunanlardır. Yaxın 1 ay ərzində isə Xırdalanda yerləşən Abşeron rayonu üzrə Dost Mərkəzinin açılışı da nəzərdə tutulub. Burada Abşeron qeydiyyatında olan vətəndaşlara xidmət göstəriləcək”.