DOST mərkəzlərində vətəndaşların qəbulu məhdudlaşdırıldı
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 iyun tarixindən 5 iyul tarixinədək xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq:
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq;
Vətəndaşların yerində qəbulu dayandırılacaq;
DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.
Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:
1 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost1_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost1_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost1_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost1_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost1@sosial.gov.az
2 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost2_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost2_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost2_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost2_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost2@sosial.gov.az
3 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost3_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost3_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost3_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost3_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost3@sosial.gov.az
Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.