ABŞ və İran dondurulmuş aktivlərin açılması barədə razılığa gəldilər
Qətərin vasitəçiliyi sayəsində ABŞ və İran Tehranın dondurulmuş maliyyə aktivlərinin sərbəst buraxılması məsələsində qarşılıqlı anlaşma əldə ediblər.
AFN.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı yüksək rütbəli İran nümayəndə heyəti ilə Dohadakı rəsmi şəxslər arasında keçirilən danışıqların gedişatına bələd olan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, bu problemin həlli İran tərəfi üçün prinsipial əhəmiyyət kəsb edirdi. Aktivlərlə bağlı əldə olunmuş uğur ABŞ və İran arasında rəsmi sazişin artıq sabah elan edilməsi ehtimalını əhəmiyyətli dərəcədə artırır.
