Peruda 5,9 bal gücündə zəlzələ baş verib
Cənubi Amerika ölkəsi olan Peruda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
AFN.az xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) zəlzələnin episentrinin Pampa de Tate şəhərinin 25 kilometr cənub-şərqində olduğunu açıqlayıb.
Yeraltı təkanların 62 kilometr dərinlikdə baş verdiyi bildirilib. Rəsmilər zəlzələ nəticəsində insan tələfatı və maddi ziyanın qeydə alınmadığını açıqlayıblar.
Peru Geofizika İnstitutunun rəhbəri Hernando Tavera yerli RPP radio kanalına verdiyi açıqlamada zəlzələnin Sakit okean sahilindəki mərkəzi bölgələrlə yanaşı, And dağlarında və ölkənin cənubundakı Arekipa bölgəsinə qədər uzanan geniş bir ərazidə hiss olunduğunu söyləyib.
