Bakı–Ağdam–Bakı qatarları bir müddət işləməyəcək


Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək.

AFN.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, qatarların hərəkətinin dayandırılmasına səbəb Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək genişmiqyaslı yenidənqurma işləridir.

Məlumata görə, bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində icra olunacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu