Brent neftinin barreli 113,76 dollardan satılır



Beynəlxalq fyuçers bazarlarında Brent markalı neftin bir barrelinin qiyməti 113,76 dollar səviyyəsində qərarlaşıb.

AFN.az xəbər verir ki, ötən günü 114,44 dollarla bağlayan və bir ara 115,3 dollara qədər yüksələn Brent nefti bu gün saat 11:00 radələrində 0,59 faiz dəyər itirib. Eyni dəqiqələrdə "West Texas Intermediate" (WTI) markalı xam neftin barreli 104,46 dollardan alıcı tapıb.

Qiymətlər ötən günkü kəskin artımdan sonra qismən geriləsə də, Hürmüz boğazında artan ABŞ-İran gərginliyinin yaratdığı qeyri-müəyyənlik səbəbindən 100 dolların üzərində qalmağa davam edir. ABŞ-ın boğazda neytral ölkə gəmilərinin təhlükəsiz keçidini təmin etmək cəhdləri və İranın bölgədəki nəzarəti gücləndirmək addımları geosiyasi riskləri yenidən zirvəyə daşıyıb.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra bölgəsindəki neft sənayesi sahəsinə dron və raket hücumlarının təşkil edildiyi, nəticədə yanğın baş verdiyi bildirilir. Bu hadisələr tədarük təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır.

Texniki analizlərə görə, Brent nefti üçün 117,97 dollar müqavimət, 108,22 dollar isə dəstək səviyyəsi kimi izlənilir. Bazarda yaranan bu qeyri-sabitlik qlobal enerji sektorunda diqqətlə təqib olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu