ABŞ İrana məxsus kripto aktivləri müsadirə etdi



ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun İrana məxsus təxminən yarım milyard dollar dəyərində kripto valyuta aktivini müsadirə etdiyini və "İqtisadi Qəzəb Əməliyyatı"nın Tehran hökumətini böhrana saldığını bildirib.

AFN.az xəbər verir ki, "Fox News" telekanalına açıqlama verən Bessent təxminən 350 milyon dollarlıq kripto aktivin müsadirə edildiyini, son dövrlərdə əldə edilən 100 milyon dollarla birlikdə bu məbləğin yarım milyard dollara yaxınlaşdığını qeyd edib. Nazir həmçinin İranın müxtəlif ölkələrdəki bank hesablarının dondurulduğunu da diqqətə çatdırıb.

İqtisadi təzyiq kampaniyasının ötən ilin mart ayında başladıldığını xatırladan Bessent təxminən üç həftə əvvəl bu təzyiqlərin daha da artırılması barədə göstəriş aldıqlarını vurğulayıb.

ABŞ tərəfi xarici hökumətlərə və şirkətlərə İranla əlaqələrini kəsmələri üçün təzyiq göstərməyə davam edir. Bessent İran neftini alan ölkələrə, eləcə də öz sistemlərində İran neftinə dözümlülük nümayiş etdirən sənaye sahələrinə və banklara qarşı sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildirib.

Maliyyə naziri iqtisadi kampaniyanın və İran limanlarına tətbiq edilən dəniz blokadasının ölkə iqtisadiyyatına qalıcı zərər vuracağını müdafiə edərkən, Tehran bu açıqlamalara sərt reaksiya verib.

İran tərəfi sözügedən kampaniyanın yalnız neft qiymətlərini bahalaşdıracağını iddia edərək ABŞ-ın addımlarına kinayə ilə yanaşıb. İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial media hesabından etdiyi paylaşımda Bessentin tövsiyələrini "zibil" adlandırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu