Afrikada fillərin hücumuna məruz qalan milyonçu ovçu öldü
Qabonda nadir antilop növünü ovlamaq üçün meşəyə gedən 75 yaşlı ABŞ-lı iş adamı Erni Dosio rastlaşdığı fil sürüsünün hücumu nəticəsində ölüb.
AFN.az xəbər verir ki, hadisə Qabonun Lope-Okanda meşələrində baş verib.
Peşəkar bələdçisi ilə birlikdə bölgəyə gedən Dosio qəfil qarşılaşdığı beş fildən ibarət sürünün hücumuna məruz qalıb.
Fil sürüsünün ayaqları altında qalan Dosio hadisə yerindəcə keçinib, onu müşayiət edən bələdçi isə ağır yaralanaraq xilas ola bilib.
Qeyd edək ki, Kaliforniyada yaşayan 75 yaşlı iş adamı Erni Dosio uzun illərdir dünya miqyasında "kubok ovçuluğu" kimi tanınan ov fəaliyyəti ilə məşğul olurdu.



