İran: Əraqçi müharibənin dayandırılması ilə bağlı səyləri müzakirə edəcək



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi XİN rəhbəri Abbas Əraqçinin Pakistan, Oman və Rusiyanı əhatə edən səfəri zamanı ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin dayandırılması istiqamətindəki səylərin qiymətləndiriləcəyini bildirib. 

AFN.az xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Bekayi nazirin sözügedən ölkələrə edəcəyi səfərlərin detalları haqqında məlumat verib.

O, Əraqçinin görüşlərində ABŞ və İsrailin İrana sırıdığı müharibənin sona çatdırılması ilə bağlı görülən işlərin cari vəziyyətinin müzakirə olunacağını vurğulayıb.

Bekayi, həmçinin regional sabitlik və sülhün bərpası üçün geniş fikir mübadiləsinin aparılacağını qeyd edib.

Digər tərəfdən, ISNA agentliyi Araqçinin Pakistanda olarkən amerikalı rəsmilərlə hər hansı birbaşa görüş keçirməyəcəyini diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu