Əraqçinin Pakistan, Oman və Rusiya turu: Məqsədim məsləhətləşmələr aparmaqdır
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün başlayacağı Pakistan, Oman və Rusiya səfərinin ikitərəfli məsələlərdə sıx koordinasiyanı təmin etmək və regional proseslər ətrafında məsləhətləşmələr aparmaq məqsədi daşıdığını bildirib.
AFN.az xəbər verir ki, Əraqçi "X" sosial şəbəkə hesabında paylaşdığı ismarıcında İslamabad, Maskat və Moskvaya rəsmi səfərlər edəcəyini elan edib.
Nazir qeyd edib ki, səfərlərin əsas qayəsi tərəfdaşlarla mühüm mövzularda koordinasiyalı fəaliyyət göstərmək və regiondakı vəziyyəti müzakirə etməkdir, çünki qonşularla münasibətlər Tehranın xarici siyasətində prioritet təşkil edir.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Əraqçinin bu axşam Pakistan, Oman və Rusiya turuna çıxacağı artıq rəsmən təsdiqlənib.
