Oman danışıqlarında ABŞ-ın ciddiliyini gördük - Əraqçi


İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün Omanda keçirilən danışıqların birinci raundunda ABŞ-ın niyyətlərinin ciddiliyini gördük.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında deyib.

"Danışıqların birinci raundunda qarşı tərəfin niyyətlərində müəyyən ciddilik müşahidə etdik, müstəsna olaraq nüvə məsələlərini müzakirə etmək istəyini gördük. Bu, bizə konstruktiv danışıqlara girməyə imkan verə bilər", - deyə o vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu