Hakan Fidan Əraqçiyə sərt xəbərdarlıq etdi


Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Hakan Fidan ölkəsinin hava məkanına yönələn ballistik raketlə bağlı rəsmi Ankaranın qəti etirazını iranlı həmkarının diqqətinə çatdırıb.

Fidan Türkiyənin təhlükəsizliyinə təhdid yaradan bu cür halların yolverilməz olduğunu vurğulayıb. O, həmçinin Tehranı regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandıracaq və münaqişə coğrafiyasını genişləndirəcək hərəkətlərdən uzaq durmağa çağırıb.

Xatırladaq ki, İran tərəfindən atılan və Türkiyə sərhədinə doğru hərəkət edən ballistik raket Suriya səmasında NATO-nun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Raketin bəzi hissələri Türkiyənin Hatay vilayətinin Dörtyol rayonuna düşsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu