Hakan Fidan iranlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib



Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

AFN.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, söhbət zamanı İrandakı son vəziyyət barədə fikir mübadiləsi aparılıb.

Nazir Fidan regionda yaşanan böhranın həlli istiqamətində göstərilən səylər çərçivəsində Omanın xarici işlər naziri Seyid Bədr əl-Busaidi ilə də telefon əlaqəsi saxlayıb. Görüşlərdə ABŞİsrailin İrana qarşı başlatdığı əməliyyatlardan sonra yaranmış gərginlik və münaqişənin dayandırılması üçün atıla biləcək addımlar müzakirə edilib.

Türkiyə tərəfi regionda sülhün bərpası üçün vasitəçilik dəstəyi verməyə hazır olduğunu bir daha ifadə edib. Diplomatik mənbələrin bildirdiyinə görə, rəsmi Ankara gərginliyin digər ölkələrə sıçramaması üçün intensiv fəaliyyətini davam etdirir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu