Si Cinpin: Çin və AB münasibətlərinin mahiyyəti qarşılıqlı tamamlayıcılıqdadır


Çin ilə Avropa Birliyi arasındakı ticarət və iqtisadi münasibətlərin mahiyyəti qarşılıqlı tamamlayıcı üstünlüklər və qarşılıqlı fayda üzərində qurulub.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının prezidenti Si Cinpin Pekində keçirilən Çin-Fransa Biznes Şurasının 7-ci iclasının bağlanış mərasimində bildirib.

Si Cinpin qeyd edib ki, Çin və AB arasındakı ticarət-iqtisadi münasibətlərin mahiyyəti qarşılıqlı tamamlayıcı üstünlüklər və qarşılıqlı fayda üzərində qurulub ki, bu da inkişafda dinamik tarazlığın əldə edilməsinə imkan verir. "Burada qarşılıqlı asılılıq risk deyil, maraqların bir-birinə dolaşması isə təhlükə kimi qəbul edilə bilməz” - deyə Si Cinpin bildirib.

Prezident həmçinin Parisə çağırış edərək Çin-Avropa hərtərəfli strateji tərəfdaşlığını gücləndirməyə və Çin ilə AB arasında daha pozitiv münasibətlər formalaşdırmağa səsləyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu