Kallas: Heç bir Aİ ölkəsi ABŞ-ın son Ukrayna planının hazırlanmasında iştirak etməyib
Heç bir Aİ ölkəsi və ya rəsmi nümayəndəsi ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranının həlli üzrə planının hazırlanmasında iştirak etməyib.
AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidməti rəhbəri Kaja Kallas bildirib. O, bu barədə Aİ xarici işlər nazirlərinin görüşü başa çatdıqdan sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Aİ-dən heç kim bu prosesdə iştirak etdiyini təsdiqləməyib”, – deyə Kallas jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırarkən qeyd edib.
