Florida sahillərində dünyanın ən böyük süni rifi yaradılır


Turizm yönümlü qeyri-kommersiya təşkilatı "Visit Pensacola" Florida sahillərində dünyanın ən böyük süni rifini yaratmaq məqsədilə "United States" sərnişin gəmisini batırmaq üçün 1,5 milyon dollar ayıracaq.

AFN.az xəbər verir ki, bu barədə Okaloosa dairəsinin administrasiyasının rəsmi saytında məlumat verilib.

Bildirilib ki, 1 milyon dollar gəminin alınması, hazırlanması, daşınması və yerləşdirilməsinə, qalan 500 min dollar isə Destin və Fort Ualton çimərlikləri ilə beşillik tərəfdaşlıq proqramına, eləcə də rifin yaradılmasının turizm cəlbediciliyini artırmaq üçün xərclənəcək.

"CBS News"un məlumatına görə, gəmi üçün iki digər sahə də nəzərdən keçirilib. Gəmi 55 metr dərinlikdə batırılacaq, lakin onun ölçüləri o qədər böyükdür ki, yuxarı döşəmələr su səthindən təxminən 18 metr hündürlükdə görünəcək.

Qeyd edək ki, "United States" sərnişin gəmisinin 1952-ci ildəki ilk səyahətində Atlantik okeanında sürət rekordu qeydə alınıb – təxminən 67 km/saat. Gəmi okeanı 3 gün, 10 saat və 40 dəqiqədə keçib və uzunluğu təxminən 305 metrdir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu