İngiltərədə sürücü namizədi 128 dəfə imtahandan kəsildi


İngiltərədə bir sürücü namizədi sürücülük vəsiqəsi ala bilmək üçün girdiyi nəzəri imtahanda 128-ci cəhdində də uğur qazana bilməyib. Namizəd bu günə qədər yalnız imtahan haqlarına təxminən 3 min funt sterlinq xərcləyib.

AA Driving School tərəfindən açıqlanan məlumatlara görə, başqa bir sürücü namizədi isə 75-ci cəhdində imtahanı keçməyi bacarıb. Hər nəzəri imtahanın qiyməti 23 funt sterlinq olduğuna görə, bu şəxs ümumilikdə 1.725 funt sterlinq ödəyib.

Sürücü namizədləri əvvəlcə nəzəri imtahanı keçməli, daha sonra praktiki imtahana daxil olmalıdırlar. Nəzəri imtahan çoxvariantlı suallartəhlükə qavrama videoları vasitəsilə yol hərəkəti qaydalarıtəhlükəsiz sürücülük biliklərini ölçür.

AA Driving School-un rəhbəri Emma Buş uğur qazanmaq üçün təkrarın və hazırlığın vacibliyinə diqqət çəkib.

Buş bildirib ki, çoxsaylı cəhd edən namizədlərin iradəsi təqdirəlayiqdir, lakin bu hal istisna sayılır və namizədlərin əksəriyyəti bir neçə cəhddən sonra uğur qazanır.

Eyni məlumatlara əsasən, ötən il praktiki imtahanı keçməzdən əvvəl ən çox 21 dəfə cəhd edən namizəd imtahan haqlarına görə 1.302–1.575 funt sterlinq aralığında ödəniş edib.

İki sürücü namizədi isə praktiki imtahanı 37 dəfə verməsinə baxmayaraq, hələ də uğur qazana bilməyib. Bu şəxslərin hər biri təxminən 2.200 funt sterlinq xərcləyib.

Driver and Vehicle Standards Agency (DVSA) məlumatlarına görə, 2024–2025 dövründə nəzəri imtahanı keçənlərin faizi 44,9, praktiki imtahanı keçənlərin faizi isə 48,7 olaraq qeydə alınıb.

Rəsmi qurumlar namizədlərə imtahana yalnız hazır olduqları halda girməyi tövsiyə edərək, artan imtahan sıxlığına qarşı ehtiyatlı olmaları barədə xəbərdarlıq ediblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu