Rusiya xarici sim-kartların internetini məhdudlaşdıracaq


Rusiyada xaricdən ölkəyə daxil olan şəxslərin sim-kartlarının, pilotsuz uçuş aparatlarına (PUA) qarşı tədbir məqsədilə 24 saat boyunca internetə çıxışının məhdudlaşdırılacağı bildirilib.

Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin yazılı açıqlamasında ölkədə sim-kartların istifadəsinə dair yeni tədbirdən bəhs edilib.

Açıqlamada rus telekommunikasiya operatorlarının PUA-lara qarşı təhlükəsizlik məqsədilə yeni tətbiqə başladığı qeyd edilərək, “Əgər bir sim-kart Rusiyaya xaricdən daxil olarsa, həmin sim-kartın şəxs tərəfindən istifadə olunduğu təsdiqlənməlidir. Təsdiqlənənədək sim-kartın internetə çıxışı bloklanacaq” bildirilib.

Tətbiqin bu gündən etibarən qüvvəyə mindiyi vurğulanıb və Rusiya operatorlarına məxsus sim-kartlar da 72 saat ərzində istifadə olunmazsa, həmin məhdudiyyətə məruz qalacağı deyilib.

Açıqlamada sim-kartdakı məhdudiyyətin aradan qaldırılması üçün vətəndaşların qısa mesajla gələn məlumatlarda göstərilən addımları yerinə yetirmələri və ya çağrı mərkəzlərinə zəng etmələri lazım olduğu qeyd olunub.

Rusiya rəsmiləri ölkədə hücumlar həyata keçirən PUA-ların hədəflərinə çata bilmək üçün sim-kartlardan istifadə etdiyini açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu