Zelenski ilə Şara ABŞ-da görüşdü


Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda Suriya Prezidenti Əhməd Şara ilə görüşdüyünü açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün Nyu-Yorkda olan Zelenski Telegram hesabında paylaşım edərək Suriya Prezidenti Şara ilə görüşdüyünü bildirib.

Zelenski görüşdə Ukrayna və Suriya üçün təhlükəsizlik təhdidləri, bu təhdidlərə qarşı mübarizə və ölkələr arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edərək, “Əks tərəfə hörmət və etimada əsaslanan münasibətlər qurmaq barədə razılığa gəldik” deyib.

Görüşdə iki ölkə arasında diplomatik əlaqələrin bərpasına dair birgə bəyanatın da imzalandığını bildirən Zelenski “Bu vacib addımdan məmnunuq və Suriya xalqına sabitlik yolunda dəstək verməyə hazırıq” ifadəsini işlədib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu