Əraqçi ilə Qrossi iki gün ərzində ikinci dəfə görüşüb


İranın xarici işlər naziri Abbas Araqçi iki gün ərzində ikinci dəfə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.

AFN.az xəbər verir ki, görüş haqda məlumat və görüntülər İran XİN tərəfindən yayımlanıb.

Məlumata görə, danışıqlarda həmçinin xarici işlər nazirinin müavinləri Məcidi Taxt-RavançiKazim Qəribabadi də iştirak ediblər.

Qeyd edək ki, Araqçi və Qrossi arasında İranın nüvə proqramı ilə bağlı ilk məsləhətləşmələr BMT Baş Assambleyası çərçivəsində bazar ertəsi keçirilmişdi. Qrossi həmin müzakirələri “intensiv” adlandırmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu