AK: Avropa Rusiyanın enerji resurslarını almağı həmişəlik dayandırmalıdır


Avropa Komissiyası (AK) Rusiya karbohidrogenlərinin “heç bir molekulunun” Avropa İttifaqına daxil olmaması üçün Aİ ölkələrinə Rusiyadan enerji resursları almağı həmişəlik qadağan etmək niyyətindədir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının energetika nazirlərinin qeyri-rəsmi görüşü üçün Kopenhagenə gələn Avropa komissarı Dan Yorgensen deyib.

"Avropa Komissiyasının vəzifəsi tamamilə aydındır - Aİ ölkələri Rusiyanın enerji resurslarının idxalını mümkün qədər tez dayandırmalıdır. Fikrimcə, biz sülhdən sonra da Rusiyanın enerji resurslarını idxal etməməliyik. Bunlar müvəqqəti sanksiyalar deyil, onlar əbədidir", - deyə Avropa komissarı bildirib. "Bu qərar qəbul edilən kimi Avropa bir daha heç vaxt Rusiya qazının bir molekulunu da almayacaq” - o əlavə edib.

Yorgensenin fikrincə, Avropa Rusiyanın enerji resurslarından asılılıq probleminin təcili həllini tapmalıdır: "Bir neçə ay əvvəl mən Aİ ölkələrinin Rusiya qazının alınmasına tam qadağa qoyulması təklifi ilə çıxış etmişdim, o, hələ də Avropa Parlamenti və Aİ dövlətləri tərəfindən nəzərdən keçirilir”.

Avropa komissarı qeyd edib ki, Rusiyanın Avropadakı enerji resursları ilə bağlı ABŞ-ın da rəyi eynidir: "Onlar da bunu dəstəkləyirlər ki, biz bunu dayandıraq" - deyə o vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu