Fransa və Almaniya Ukraynaya hava hücumundan müdafiə təchizatını artıracaq
Paris və Berlin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü artırmaq niyyətindədirlər.
AFN.az "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə Fransa və Almaniya Nazirlər Şurasının iclasının yekunlarına dair birgə kommünikedə deyilir.
"Rusiyanın son həftələrdəki kütləvi zərbələri ilə əlaqədar təchizat genişləndiriləcək", - deyə sənəddə qeyd edilir.
Fransa və Almaniya rəsmilərinin fikrincə, Rusiya münaqişəyə son qoymaq niyyəti nümayiş etdirmir.
Hökumətlərarası görüş Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merzin sədrliyi ilə Fransanın cənubunda yerləşən Tulonda keçirilib.
