Tramp: ABŞ Rusiya və Çinlə birlikdə nüvə silahlarını azaltmaq istəyir
ABŞ Rusiya ilə birlikdə nüvə silahlarını daha da azaltmağa, eləcə də Çini bu prosesə daxil etməyə çalışır.
AFN.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, Rusiya prezidenti Vladimir Putinin ilk növbədə Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması perspektivlərini müzakirə etmək üçün Alyaskaya son səfərinin “çox uğurlu” olduğunu vurğulayıb. "Bu, digər məsələlər üçün də çox uğurlu gün idi. Çünki biz raketlər, nüvə silahları və bir çox başqa şeylərdən danışırıq. Biz nüvə silahlarının sayının məhdudlaşdırılmasından danışırıq, Çini də bura daxil edəcəyik. Ən çox nüvə silahı bizdədir. Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Biz denuklearizasiyanı təmin etmək istərdik. Çin beş ildən sonra strateji nüvə başlıqlarının sayına görə ABŞ-a bərabər olacaq" - deyə Tramp qeyd edib.

