Aİ Rusiyaya qarşı sanksiyaların yumşaldılması ehtimalını tamamilə istisna edir

Avropa İttifaqı Ukraynada diplomatik nizamlanma çərçivəsində atəşkəs olacağı təqdirdə Rusiya əleyhinə sanksiyaları yumşaltmaq niyyətində deyil və bununla bağlı mediaya sızmalar sırf fərziyyədir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Brüsseldə keçirdiyi brifinqdə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta deyib.
"Əmin ola bilərsiniz ki, biz Rusiyaya qarşı sanksiya təzyiqini tam şəkildə davam etdirəcəyik, qalan hər şey sırf spekulyasiyadır. Biz artıq 18 sanksiya paketini qəbul etmişik, 19-cuunu da hazırlayırıq", - deyə o bildirib.
Podesta 19-cu məhdudlaşdırıcı tədbirlər blokunun hazırlanmasının hansı mərhələdə olduğunu şərh etməkdən imtina edib, lakin qeyd edib ki, Brüssel Rusiyaya qarşı sanksiyaların effektivliyinə inanmaqda davam edir.