KİV: Aİ Rusiyaya qarşı sanksiyaların ləğvini ABŞ-la müzakirə etməyib

Biz hələ amerikalılarla sanksiyalar barədə danışmamışıq.
AFN.az xəbər verir ki, bunu Avropa İttifaqının sanksiyalar üzrə elçisi David O'Sullivan "Bloomberg"ə deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri hələ də ona sanksiyaların yumşaldılmasını müzakirə etmək təklifi ilə müraciət etməyiblər.
Sanksiyaların yumşaldılması, o cümlədən "Rosselxozbank"ın SWIFT-ə qoşulması Kremlin Ukraynada atəşkəsə nail olmaq üçün irəli sürdüyü tələblərdən biridir.