İstanbulda İran və Aİ3 ölkələri arasında nüvə danışıqları keçiriləcək

İyulun 25-də İstanbulda İranla “Aİ3” ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) arasında İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması üzrə danışıqların yeni raundu keçiriləcək.
AFN.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi məlumat verib.
O, İranın dövlət televiziya və radio şirkətinin sualına cavabında deyib ki, Avropa ölkələrinin tələbinə cavab olaraq, İran JCPOA-nın (Birgə Kompleks Fəaliyyət Planı) üç avropalı iştirakçısı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib.
Onun sözlərinə görə, görüş İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək. İranı Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edəcək.