Tramp Almaniyaya beş “Patriot” sistemi təklif edib

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzə beş "Patriot" hava hücumundan müdafiə raket sistemi almağı təklif edib.
AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin yazdığına görə, Ağ Ev rəhbəri bu təklifi iyulun 11-də Almaniya kansleri ilə telefon danışığı zamanı edib. Merz Trampın təklifi ilə razılaşıb, lakin əlavə edib ki, o, digər Avropa liderləri ilə maliyyə məsələsini müzakirə etməlidir.
"Berlin əvvəlcə iki qurğusunu Kiyevə köçürmək, əvəzində isə ABŞ-dan yeni qurğular almaq istəyir" - deyə qəzet yazır.